image-n1karobka_ads
image-123
image-hj091f7a8w4aavphoynbtkauzr0ffvztxwnevu2e_640backend

İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Sonra dövlətimizin başçısı və birinci xanım kompleksdə yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

image-trxlu5z6xds5fsixijz1zoq5s29nvc2jmtxepzzg_640 image-j7xzdxh2z4zlc3axre7kyvnielu5gmdh8e9vt5q8_640 image-uhjqme3ggypyq2ah8nghsanre1xbc5ljo4cv8e4d_640 image-glydq2kumb34fpni9uxpva0nr2jdpfjlc8sc2kbd_640 image-ijlujoec8iweahbbldcgug4buamzldyxjby1yixb_640 image-jqof6vfmrviygkire1exonsi9ldav8ygity24eic_640 image-7quaurhqwtpmathqusa1eo9vycqdkouybosgliem_640 image-9kheczbgnng1owagklkl1bv9i0pf99z0mfaybwe3_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki