image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu – FOTOLAR

image-728x90px

Dekabrın 30-da  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi. Xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında onun düha sahibləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfələrini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də Nizami Gəncəvidir.

Azərbaycan xalqı üçün Nizaminin şəxsiyyəti və yaradıcılığı xüsusi önəm daşıyır. Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimlənməsinə yönəldib. O, insan cəmiyyətinə kompleks formada yanaşıb və onun həlli yollarını göstərib. İnsan və cəmiyyəti düşündürən elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural cəmiyyətin yetişməsində, şübhəsiz ki, dahi şairimizin rolu var”.

Doğulduğu Gəncədən kənara çıxmayan Nizaminin öz əsərlərində böyük coğrafiyanı əhatə etdiyini deyən Elnur Əliyev “Xəmsə” şairin fəlsəfi baxışlarını anlamaq üçün qiymətli xəzinədir. Onun XII əsrdə yaratdığı humanizm ideyaları Avropada əsrlər sonra yaranıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə bir nümunə ola bilər. Məqsədimiz müasir günümüzdə Nizami ideyalarını bütün dünyaya daha geniş şəkildə təbliğ etməkdir. Nizami fəlsəfəsi bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir”.

Nazirin birinci müavini qeyd etdi ki, mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyada təbliği böyük əhəmiyyət kəsb edir.

Daha sonra Elnur Əliyev incəsənət nümayəndələrinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim edildi. Təltif olunanlar arasında Xalq artistləri Nurəddin Mehdixanlı, Yalçın Adıgözəlov, Fuad Osmanov, Samir Cəfərov və digərləri vardı.

DOĞRU.AZ

image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8 image-9 image-13 image-12 image-11 image-10 image-14 image-15

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki