image-n1karobka_ads
image-123
image-684c2068ae5ac9486d36acb2backend

İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində 78 nəfər ölüb, 329 nəfər yaralanıb

Fars xəbər agentliyinin məlumatına görə, İsrailin Tehran bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 78 nəfər ölüb, 329 nəfər yaralanıb.

Agentlik aydınlaşdırır ki, bunlar qeyri-rəsmi statistikadır.

Bundan əvvəl İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xalidi bildirib ki, İsrailin zərbələri nəticəsində İranın 12 vilayətində azı 95 nəfər yaralanıb.

Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, İsrailin zərbələri nəticəsində azı 20 yüksək rütbəli iranlı komandir həlak olub.

Bundan əlavə, medianın məlumatına görə, ən azı altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki