image-n1karobka_ads
image-123
image-1749302459512667239_1200x630backend

“Kənddən Şəhərə” həftəsonu yarmarkası başladı – FOTO

İyunun 7-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda “Kənddən Şəhərə” adlı ənənəvi həftəsonu yarmarkası start götürüb.

Doğru.az xəbər verir ki, yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerləri dəstəkləmək, onların məhsullarını bazara çıxarmaq üçün alternativ satış imkanları yaratmaq və şəhər sakinlərinə təbii, yerli kənd məhsullarını daha əlçatan etməkdir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilufər Mustafaqızının bildirdiyinə görə, bu həftəki yarmarkada ölkənin 22 müxtəlif regionundan 40-dan çox fermer iştirak edir. Onlar 100-ə yaxın məhsul çeşidi təqdim edirlər. Satışa çıxarılan məhsulların keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Bundan əlavə, yarmarkanın girişində Səyyar Qida Laboratoriyası da fəaliyyət göstərir.

Nilufər Mustafaqızı əlavə edib ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşları tərəfindən hər həftə bazarlarda və marketlərdə monitorinqlər aparılır, fermerlərə qiymətlərlə bağlı tövsiyələr verilir. Fermerlər qurumun qaynar xəttinə müraciət edərək yarmarkalarda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Onlara satış yeri, piştaxta və tərəzi ödənişsiz təqdim olunur ki, bu da məhsulların daha münasib qiymətlərlə alıcılara təklif edilməsinə şərait yaradır.

Yarmarkada iştirak edən satıcılar qeyd edirlər ki, bayram günlərində qiymətlər adi günlərlə müqayisədə daha münasibdir. Alıcılar əsasən təbii yağ, pendir, bal, pomidor, xiyar, göyərti və digər kənd təsərrüfatı məhsullarına üstünlük verirlər.

DOĞRU.AZ

image-17493024591027325693_1200x630 image-17493024591886844594_1200x630 image-17493024592851337378_1200x630 image-1749302459123657530_1200x630 image-1749302459574912314_1200x630 image-174930245936024183_1200x630 image-1749302459846343636_1200x630 image-17493024595509661112_1200x630 image-1749302459275831621_1200x630 image-17493024594218227550_1200x630 image-1749302459451674411_1200x630 image-1749302459699523424_1200x630 image-1749302459110022742_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki