image-n1karobka_ads
image-123
image-upload-2023-05-06t133701z_1048270552_rc21t0a6d89p_rtrmadp_3_britain-royals-coronation-pic_32ratio_1200x800-1200x800-50911backend

Kral Çarlz III oğlu Meqan Marklı və Şahzadə Harrini ad günü münasibətilə təbrik edib

image-ad_qayo_720x110px

Böyük Britaniya kralı III Çarlz tacqoyma mərasimindən sonra ailəvi şam yeməyi zamanı şahzadə Arçini dördüncü ad günü münasibətilə təbrik edib.

Mayın 6-da Vestminster abbatlığında III Çarlz və Kamilla Parker-Boulzun tacqoyma mərasimi keçirilib. Rəsmi hissədən sonra kral ailəsinin yüksək rütbəli üzvləri Bukingem sarayındakı qala-ziyafətə toplaşıblar. Qohumları ilə fikir ayrılığına baxmayaraq hələ də atasının tacqoyma mərasimində iştirak edən şahzadə Harri, oğlu Arçinin ad gününə vaxtında yetişmək üçün mərasimdən dərhal sonra Londonu tərk edib.

Ziyafətdə III Çarlz bu əlamətdar gündə ona dəstək olan və nəvəsi üçün tost qaldıran bütün yaxınlarına təşəkkür edərək, “harada olursa olsun, dördüncü doğum gününü təbrik etdi”.

Mənbə: Gazeta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki