image-2000x150px
image-123
image-ads_atlas
image-images-1backend

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-2”nin sakinləri təhlükə ilə üz-üzədirlər: Bina əyilib – VİDEO

image-728x90px

Bildirilib ki, binanın təməlinə su sızır, hər an təhlükə yaşana bilər: “Binanın təməlinə su sızır. Bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axır. Zəlzələ olsa, bina yerlə bir olacaq”.

Sakinlərin sözlərinə görə, binanın özülünə hazırda beton tökülür:

“Hazırda binanın özülünə beton tökülür. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı “Qobu Park-2” yaşayış kompleksinin tikintisini həyata keçirən podratçı şirkət – Kristal Abşeronla əlaqə saxlanıb. Lakin zənglər cavabsız qalıb.

Mövzu ilə bağlı  açıqlama verən tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bina müxtəlif səbəblərdən bu hala düşə bilər:

“Bina tikilməmişdən öncə torpağın tərkibi öyrəniləndə səhvlər buraxılıb. Yeraltı sular o istiqamətə axıb, təməlini yuyub. Bununla yanaşı ola bilər ki, müxtəlif yer təkanları zamanı süxurun strukturu dəyişib. İnsan səhvi də ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, orada sakinlər yaşaya bilərlər, yoxsa yox”.

N.İbrahimov qeyd edib ki, tikinti standartlarına əməl olunmalıdır:

“Tikinti zamanı hər hansı səhvin nəticəsi bu ola bilər. Tikinti standartlarına əməl olunmalıdır. Yerin tərkibi öyrənilməlidir. Tikintilər layihə əsasında aparılmalıdır. Qurumlar nəzarət edib, hər şey normaldırsa, istismara qəbul aktı verilməlidir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, bina istismarda olduğu üçün artıq onların səlahiyyətində deyil:

“Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. İstismarda olan, vaxtı ilə tikilən binadır. Komitə istismara verir. Bizim tərəfdən belə bir şey yoxdur. Bina qəzalıdır. Altına su yığılıb. Tədbirlər görülür. Tikinti və istismar halı olsaydı, münasibət bildirərdik”.

Fövqəladə Hallar Nazirliyindən  verilən açıqlamaya görə, bina hansı təşkilatın balansındadırsa, bu məsələyə onlar cavabdehlik daşıyırlar:

“Biz dəfələrlə izah edirik. İstismarda olan binalara cavabdehlik daşımırıq. Balanssaxlayıcı təşkilat baxır. Hansı təşkilatın balansındadırsa, onların səlahiyyətində olan məqamdır”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı  bildirib ki, heç bir su axıntısı halı aşkarlanmayıb:

“Qaradağ Su Kanal İdarəsi ilə əlaqə saxladım. Heç bir su axıntı problemi yoxdur. Başqa ərazilərdə olub. Olan zaman qarşısı alınıb. Orada su ilə bağlı problem yoxdur. Hər hansı bir boru da partlamayıb. Qəza olan zaman vaxtaşırı qarşısı alınır”.

DOĞRU.AZ

 

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki