image-n1karobka_ads
image-123
image-d864786a-6386-3c28-ae2d-1622dbc27088_850backend

Laçında avtomobil qəzasında həlak olan hərbçimizin dəfn ediləcəyi yer bəlli oldu

image-ad_qayo_720x110px

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki