image-n1karobka_ads
image-123
image-lerikimage-750x375-1backend

Lerikdə zəlzələ baş verib

Bu gün, 1 iyun 2025-ci il tarixində səhər saatlarında Lerik rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Doğru.az-a verilən məlumata görə, yerli vaxtla saat 07:51-də Lənkəran seysmik stansiyasından 17 kilometr qərbdə, Lerik rayonu ərazisində maqnitudası 3.6 olan yeraltı təkanlar baş verib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi əhalini rəsmi mənbələrdən gələn məlumatlara əsaslanmağa və panikaya düşməməyə çağırır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki