Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.
Bu barədə onun bacısı Səbinə Əliyeva məlumat verib.
“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ salamat olduğunu və yerini bildik”, – deyə o qeyd edib.
DOĞRU.AZ