image-2000x150px
image-123
image-ads_atlas
image-1-1backend

Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində növbəti ustad dərsləri başlayır – FOTO

image-728x90px

Xəbər verdiyimiz kimi, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə başlayıb.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev aprel ayının 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcəkdir. Beş gün davam edəcək dərslərdə dövlət teatrının peşəkar və gənc aktyorları ilə yanaşı, xalq teatrlarının həvəskar truppaları ilə görüşəcək, həmçinin onlara xüsusi proqram əsasında təlimatlar verəcəkdir.

Pərviz Məmmədrzayev dərslərin ilk günü təlim iştirakçılarına diqqət və yaddaşa, duyğu üzvlərinə aid məşqlər keçəcəkdir. Növbəti günlərdə isə “Hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” təlimlər keçəcək, uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşəcəkdir.

DOĞRU.AZ

image-2-11

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki