image-n1karobka_ads
image-123
image-17506649695812358271_1200x630backend

Medianın İnkişafı Agentliyi “Euronews Academy” proqramına start verdi – FOTO

İyunun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına başlanılıb.

Doğru.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soaresin sözlərinə görə, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. O, layihənin jurnalistlərin etik prinsiplərə sadiq qalaraq keyfiyyətli və obyektiv xəbər istehsalına mühüm töhfə verəcəyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, media sahəsində peşəkarlığın artırılması, müasir jurnalistika standartlarının təşviqi və rəqəmsal dövrdə yeni bacarıqların əldə olunması baxımından belə beynəlxalq platformaların rolu böyükdür. O, tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib. O diqqətə çatdırıb ki, beynəlxalq ekspertlərlə birbaşa ünsiyyət imkanını təmin edən proqramlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə şərait yaradır.

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.

Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.

Təlim proqramı iyunun 27-dək davam edəcək.

DOĞRU.AZ

image-17506649694780747629_1200x630 image-17506649691857236432_1200x630 image-17506649695816327727_1200x630 image-1750664969868544541_1200x630 image-17506649695438944081_1200x630 image-17506649695498644791_1200x630 image-1750664969414359201_1200x630 image-17506649691760444960_1200x630image-17506649692233326477_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki