image-ads_n1karobka_mobile
Mehriban Əliyeva növbəti dəfə Gimnastika Federasiyasının prezidenti seçilibbackend

Mehriban Əliyeva növbəti dəfə Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki