Monqolustanın Dövlət Böyük Xuralı gizli səsvermədən sonra ölkənin baş naziri Luvsannamsrein Oyun-Erdenenin istefası haqqında qərar qəbul edib.
TASS xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, parlamentin spikeri Daşzeqviin Amarbayasqalan istefa vermiş baş nazirə Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunana qədər öz vəzifələrini icra etməyi tapşırıb.
Bundan əvvəl Yaponiyanın baş naziri Şiqeru İşiba kənd təsərrüfatı naziri Taku Etonun düyü ianəsi ilə bağlı qalmaqallı şərhlərinə baxmayaraq vəzifəsində qalacağını bildirmişdi.
DOĞRU.AZ