image-2000x150px
image-123
image-ads_atlas
image-prezilhambackend

MSK səslərin 93,3 faizini sayıb

image-728x90px

Seçki məntəqələrinin 93,32 faizindən daxil olan məlumatlar əsasında prezident seçkisinin ilkin nəticələri açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.

Qeyd edilib ki, həmin nəticələrə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 səs faizi ilə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19% faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8%, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2% Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53% faizini toplayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki