Tanınmış tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.
Axşam.az xəbər verir ki, hadisə gecə saatlarında “Altun” restoranında baş verib.
Naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bel nahiyəsindən bıçaqlanıb.