image-n1karobka_ads
image-123
image-683dc73402e8bd3c166094d0backend

Orban: Ukraynada münaqişə uzana bilər

Macarıstanın baş naziri Viktor Orban müdafiə şurasının çağırıldığını elan edib və Ukraynadakı münaqişənin uzana biləcəyindən narahatlığını bildirib.

Orban sosial şəbəkələrdə yazıb: “Son bir neçə gündəki hərbi hərəkətlər müharibənin ilin əvvəlində gözlədiyimizdən daha uzun və amansız olacağını göstərir… Biz müharibənin təhlükəsizlik və iqtisadiyyat üçün bütün nəticələri ilə birlikdə uzanmasına hazır olmalıyıq”.

O qeyd edib ki, mövcud vəziyyət ABŞ prezidenti Donald Tramp administrasiyasının təşəbbüsü ilə həyata keçirilən sülhməramlı səylər ilə Ukraynada hərbi əməliyyatları davam etdirmək istəyən Brüssel və Kiyev liderlərinin niyyətləri arasında əhəmiyyətli uçurumu nümayiş etdirir.

Daha əvvəl Orban bildirib ki, Avropa Ukraynaya görə Rusiya ilə silahlanma yarışına girmək riski daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki