Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesabında 20 Yanvar günü münasibətilə paylaşım edib.
Həmin günü “Milli iradəmizin zəfər çaldığı gün” adlandırıb.
Qeyd edək ki, 1990-cı ilin yanvarında baş verən bu ağır faciə, bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.


























