image-2000x150px
image-123
image-ads_atlas
image-u6mcvpkzo435glsr7hw5ruyccpwzdvtk8hvabjtn_640backend

Prezident: “Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”

image-728x90px

“Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ ki, bizi qane etmir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.

“Bu gün imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı sahəsində, neft sənayesi sahəsində, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki