image-2000x150px
image-123
image-ads_atlas
image-1652440471-231234324backend

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

image-728x90px

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu tarix Azərbaycan xalqının müasir, güclü və inkişaf etmiş dövlətin formalaşmasına gətirib çıxaran müstəqillik və suverenlik yolunda əzmkarlığını və sarsılmaz ruhunu əyani şəkildə nümayiş etdirir.

Qəti şəkildə inanıram ki, biz birgə səylərimiz sayəsində Gürcüstan ilə Azərbaycan arasında dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik və beləliklə, firavanlığın, sabitliyin gücləndirilməsinə, regionun inkişafına təkan verilməsində ölkələrimizin rolunu artıracağıq.

Zati-aliləri, Sizə bir daha dərin hörmətimi bildirir, ölkənizə xidmət işində uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Prezident İlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Qardaş və dost Azərbaycan xalqı milli bayramının ildönümünü qeyd etdiyi bu günlərdə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram. Cibuti xalqı və hökuməti də ölkənizə tərəqqi, əmin-amanlıq və inkişaf arzulamaqda mənə qoşulur.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan inkişaf yolunda daha da fəal irəliləyir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, Siz ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi naminə həmişə Cibuti xalqı və hökumətinin dəstəyini hiss edəcəksiniz.

Ölkəmiz bütün dünyada sülhün və sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanla birgə yorulmadan səy göstərəcəkdir.

Cənab Prezident, Sizə bir daha səmimi təbriklərimi çatdırır və qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.

Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki