image-2000x150px
image-123
image-ads_atlas
image-17175181672762718934_1200x630backend

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb

image-728x90px

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

Doğru.az xəbər verir ki, Anadolu Agentliyi, “TRT”, “Haber Global” media qurumları, “Yirmidört.tv”, “Haberler.com”, “Ekovitrin”, “Son dakika” və digər onlayn media qurumlarında, eləcə də qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib.

“Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb”, “Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb”, “Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”, “Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.

Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: “Bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi”.

Yazılarda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı qeyd edilib ki, son 30 il ərzində Azərbaycanın imzaladığı bütün müqavilələr tam həyata keçirilib: “Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

Türkiyə mətbuatında Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb: “2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”. Bundan başqa, qardaş ölkə mediası dövlətimizin başçısının “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.

Yazılarda ildən-ilə miqyası genişlənərək Bakı Enerji Həftəsi adlandırılan bu tədbirin ilk dəfə 1994-cü ildə keçirildiyi və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığı qeyd olunub. Xəbərlərdə 30-dan çox ölkədən 300 şirkətin iştirak etdiyi sərgilərdə neft hasilatı və enerji nəqli, neft və təbii qazın saxlanması və xidmətlərinə dair innovativ texnologiyaların nümayiş etdirildiyi bildirilir.

DOĞRU.AZ

image-17175181672762718934_1200x630

image-17175181675236540979_1200x630 image-17175181674140429848_1200x630 image-17175181673041065205_1200x630 image-17175181675641623685_1200x630 image-17175181673578915770_1200x630 image-17175181676292743923_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki