image-2000x150px
image-123
image-ads_atlas
image-qcq0jvnjbx21hrkcmlvavuls6ulsoreeguldrwzd_640backend

Prezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub

image-728x90px

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılıb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki