image-n1karobka_ads
image-123
image-1708388835414606464_1200x630backend

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub – FOTO

Gürcüstan mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “kavkasia.net”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge”, “accentnews.ge” və “interpress.ge” informasiya portalları, “1tv.ge” televiziyası dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı çoxsaylı materiallar yayıblar.

Yayılan məlumatlarda Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, görüş zamanı söylədikləri fikirlər oxucuların diqqətinə çatdırılıb.

İnformasiyalarda hər iki dövlət başçısının regiondakı sülh prosesləri və davamlı sülhün bərqərar olması üçün atılacaq lazımi addımlar, eləcə də Bakı-Tbilisi Qars dəmir yolu, enerji layihələri barədə ətraflı məlumatlara, Azərbaycanın keçirdiyi tədbirlər, eləcə də Türkiyənin dünyadakı yeri və rolu barədə fikirlərə yer verilib.

Gürcü portalları, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə materiallar dərc ediblər.

DOĞRU.AZ

image-17083888353895640953_1200x630 image-17083888351426649663_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki