image-2000x150px
image-123
image-ads_atlas
image-1681299783_prezident-imzajpg-1707124302backend

Prezident üç ölkə ilə imzalanmış vacib sənədləri TƏSDİQLƏDİ

image-728x90px

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Qeyd edək ki, saziş 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanıb.

Bundan başqa, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Xatırladaq ki, bu sənəd 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanıb.

Eyni zamanda, 2024-cü il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki