Kosta Rikanın Kəşfiyyat və Təhlükəsizlik İdarəsi fevralın əvvəlində keçiriləcək prezident seçkilərindən bir neçə gün əvvəl prezident Rodriqo Çavesə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.
Doğru.az Ajans.az-a istinadən xəbər verir ki, sui-qəsdi təşkil edən şəxs bunun üçün ən azı iki digər şəxslə əlaqə saxlayıb. Hazırda istintaq aparılır və şübhəli özünü günahsız hesab edir.
Kosta Rikada prezident seçkiləri 1 fevrala təyin olunub, zəruri hallarda isə ikinci tur 5 apreldə keçiriləcək. Rodriqo Çavesin səlahiyyət müddəti isə 8 mayda başa çatacaq.
DOĞRU.AZ




























