image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-28backend

Qəzalı vəziyyətə düşmüş körpü təmir olunacaq

image-728x90px

Girdimançay çayı üzərində yerləşən və Ağsu və Kürdəmir rayonlarını birləşdirən körpü qəzalı vəziyyətdədir.

Baku.ws xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, körpüdə iri yarıqlar və çalalar yaranıb. Yerli sakinlər qeyd ediblər ki, burada dəfələrlə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlanılıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, məsələdən xəbərdardırlar, bu barədə tədbir görüləcək:

“Yolda yaranmış çalalar son yağıntılardan sonra əmələ gəlib. Hava şəraiti təmirə imkan vermirdi. Artıq tapşırıq verilib, qısa zamanda tədbir görüləcək”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki