Tovuz rayon Dondar Quşçu kənd sakini, 2-ci Qarabağ müharibəsi veteranı, döyüşlərdə göstərdiyi sücaətə görə Prezident tərəfindən 2 dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon Bölməsinin əməlkdaşları tərəfindən haqsız təzyiqlərə düçar olması utancverici bir hadisədir.
Müharibə veteranı Kamran Əliyevin dediklərinə görə, 2-ci Qarabağ müharibəsi zamanı qida təhlükəsizliyinin əməkdaşları, Tovuz rayon sakinləri Elçin Əhmədov və Elvin Feyzizadə çağırış yaşlı olublar. Hər ikisinin müharibədən necə qaçıb gizlənməsi də sual doğurur. Bundan əlavə hər iki şəxs tutduqları vəzifədən digər adda da sui-istifadə edənlərdir. Belə ki, Elvin Feyzizadənin əmisi oğlu Tovuz rayon mərkəzi xəstəxanasının yaxınlığında “Ləziz” kafesi işlədir. Əmisi oğluna havadarlığı şəxsən Elvinin özü edir. Elvinin həmin kafeyə cəriməni 4000 manat deyil, 300 manat yazması deiklərimizi sübuta yetirir.
Digər əməkdaş Elçin Əhmədovun bacısının adına Tovuz rayonunda “Həyat” restoranı fəaliyyət göstərir. Həmin restorana hələki 1 manat da olsun cərimə yazılmayıb. Ola bilər ki, yazıdan sonra həmin restorana köhnə tarixə cərimə yazılmış olsun.
Vətəndaş Kamran Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Bölməsinin belə özbaşınalıqlarını və haqsızlıqlarını qəbul etməyərək, haqlı olaraq Prezident başda olmaqla aidiyyəti orqanlara ərizələrlə müraciət etmişdir. Bundan əlavə agentlik Kamran Əliyev tərəfindən Tovuz rayon Məhkəməsinə də verilib.
İnanırıq ki, Kamran Əliyevin haqq işi qanun naminə öz həllini tapacaqdır.
ATİA.AZ