image-2000x150px
image-123
image-ads_atlas
image-a1b7c572-7ae2-4683-8508-bb8fb7885bcb-1-1backend

Bakıda sürücü mərkəzi küçədə avtomobilindən düşüb rəqs etdi – FOTO/VİDEO

image-728x90px

Bakıda hər kəsi təəccübləndirmək istəyən “Niva” sürücüsü cərimələnib. 

Avtosfer.az xəbər verir ki, 99-MZ-098 qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü martın 30-da paytaxtın Gülarə Qədirbəyova küçəsində maşından düşüb oynamağa başlayıb və dinlədiyi musiqini ətrafdakı insanlara nümayiş etdirmək üçün avtomobilin yük yerini açıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, həmin sürücü müəyyən edilərək barəsində tədbir görülüb. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, sürücü Ruslan Məmmədov törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə (xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) görə 50 (əlli) manat cərimə nəzərdə tutulur.

image-a1b7c572-7ae2-4683-8508-bb8fb7885bcb-1-1
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki