image-2000x150px
image-123
image-ads_atlas
image-1648237095_konul-ismayilova-77backend

Ermənistanın artıq sülh müqaviləsinin bağlamaqdan başqa yolu qalmır

image-728x90px
“Dünən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu. 4 saatdan artıq davam edən bu görüşü ümumi olaraq müsbət qiymətləndirmək olar”.

Bu fikirləri Newscenter.az-a Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova səsləndirib. MMP rəsmisinin sözlərinə görə, ilk növbədə müsbət hal ondan ibarətdir ki, tərəflər Rusiyasız bir araya gəlirlər:

“Həm də görünən odur ki, Ermənistanın artıq sülh müqaviləsinin bağlamaqdan başqa yolu qalmır. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezident Şarl Mişel də “Twitter” hesabında paylaşım edərək görüşü məhsuldar adlandırdı. Yəni düşünmək olar ki, tərəflər görüş zamanı sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Bildiyimiz kimi Azərbaycan 5 bəndlik sülh təkliflərini Ermənistana bir müddət öncə təqdim edib. Bunu görə də görüşdə rəsmi Bakının tələblərini öncədən təxmin etmək mümkün idi”.

Könül İsmayılova qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, eyni zamanda sülh müqaviləsinin imzalanması bir neçə bəyanatda əks olunsa da, Ermənistan bu bəyanatlara zidd olaraq prosesi uzadır:

“Amma buna görə Ermənistan heç bir təzyiqlə üzləşmir. Düşünürəm ki, ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Çünki indi də Ermənistana təzyiq edilməsə, Brüssel görüşündə əldə olunan razılaşmalardan yayınmaq üçün hər çür təxribata əl atacaq”.

MMP rəsmisi onu da vurğulayıb ki, Brüssel görüşünün nəzərə çarpan ən məhsuldar tərəfi də görüşdə Dağlıq Qarabağ ifadəsinə, yaxud da ATƏT-in Minsk Qrupununa istinad edilməməsi oldu:

“Ermənistan tərəfinin israrla prosesin ATƏT formatında həllini istədiyi məlumdur. Amma Ermənistanın bu istəyi də reallaşmadı. Başqa bir əsas məsələ odur ki, Rusiyanın Avropa masasındakı razılaşmaya nə dəyəcəyidir. Bunu da zaman göstərəcək. Rusiya onsuz da Ukraynada məglub olur. Rusiya gücünün Cənubi Qafqazda da zəifləməsinin göz önünə almayacaq. Buna görə də Ermənistana Avropa razılaşmasının pozulması üçün öz tələblərini verəcək”.

DOĞRU.AZ 
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki