image-ads_n1karobka_mobile
image-image_940x_6929f0e2b19f5backend

Ramiz Mehdiyevin aqibəti BELƏ OLACAQ

image-add-a-heading

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçiriləcək.

AzPolitika.az xəbər verir ki, iclasda baxılacaq məsələlərdən biri də AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə xəyanət və s. ağır cinayətlərdə ittiham olunaraq ev dustağı edilmiş Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması olacaq.

Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qərarın daha 4 ay uzadılması barədə qərar verib.

Ramiz Mehdiyev 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki