Rusiya Səhiyyə Nazirliyi xəstələrə pulsuz verilən dərmanların siyahısını yeniləyib.
Doğru.az xəbər verir ki, siyahıdan 20 dərman çıxarılıb, səkkiz yeni dərman isə əlavə edilib.
Səhiyyə Nazirliyinin RİA Novosti-yə açıqlamasına görə, dərmanların satışdan çıxarılmasının səbəbi istehsalının dayandırılması, Rusiyaya tədarükünün məhdudlaşması və ya dövlət qeydiyyatının ləğvi olub.
Yeni əlavə olunan dərmanlar dərmana davamlı vərəm, müəyyən xərçəng formaları (döş, ağciyər, qida borusu və s.), nadir anemiya növləri və xərçəng xəstələrində kimyaterapiyadan sonrakı ağırlaşmaların müalicəsi üçün nəzərdə tutulub.
Siyahı müntəzəm olaraq yenilənir və hazırda sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün 800-dən çox dərmanı əhatə edir. Qeyd edək ki, daha əvvəl Roszdravnadzor Rusiyanın regionlarında insulin çatışmazlığı ilə bağlı yayılan məlumatları təkzib etmişdi.
DOĞRU.AZ




























