image-n1karobka_ads
image-123
image-fotojet-2022-09-14t002343-050backend

Səbuhi Əhmədov və daha yeddi şəhidin adı Bakı küçələrinə verildi – CƏDVƏL

Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Oxu.Az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.

Belə ki, ümumilikdə 8 Vətən müharibəsi şəhidlərinin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.

Qərarə əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:

Rayon Küçənin köhnə adı Küçənin yeni adı
Sabunçu Maştağa qəsəbəsi, Burla Xatun küçəsi Yalçın Rəhimov küçəsi
Səbail Buxta küçəsi Nicat Şükürlü küçəsi
Səbail Badamdar qəsəbəsi, Qədim Qala küçəsi Yusif Budaqov küçəsi
Səbail Badamdar qəsəbəsi, Neftçilər küçəsi Cavidan İbrahimli küçəsi
Səbail Badamdar qəsəbəsi, Məktəbli küçəsi Cəmil Məmmədli küçəsi
Səbail Badamdar qəsəbəsi, Yanardağ küçəsi Bakir Quliyev küçəsi
Xətai 3-cü Liman küçəsi Rəcəb Yolçu oğlu küçəsi
Xətai Sülh küçəsi Kəmaləddin Məmmədzadə küçəsi
Xətai Abidə küçəsi Səbuhi Əhmədov küçəsi

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə küçələrə adların verilməsi üzrə sxemlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki