Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndində 1993-cü il təvəllüdlü Tural Abdullayevin qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Doğru.az xəbər verir ki, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zəminində kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
DOĞRU.AZ