image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-61backend

 “Silk Way West Airlines” və Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Qış Möcüzəsi 2022” adlı tədbir keçirib

image-728x90px

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Silk Way West Airlines” Şirkətinin dəstəyi ilə Yeni ilə həsr olunmuş “Qış Möcüzəsi 2022” adlı layihə çərçivəsində humanitar xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 29-31 dekabr 2022-ci il tarixləri aralığında Xırdalan, Sumqayıt, Ağsu və İsmayıllı şəhərlərində həyata keçirilib.

Layihə 4 tondan artıq humanitar yardım ərzaq məhsullarının 204 ailəyə və nəticə etibarı ilə 674 şəxsə çatdırılması ilə yekunlaşıb. Qeyd edək ki, hər bir qutuda 20 kq-dan artıq, ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə bir aylıq qidalama üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılıb.

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.

Əsası 2012-ci ildə “İpək yolu”nun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing” 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə “Airbus” ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Qeyd edək ki, cəmiyyət tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].

Toplanmış bütün ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya, gəlir məqsədi daşımır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki