image-2000x150px
image-123
image-ads_atlas
image-1661600176_15-33-56-media-301185980_1244891229696158_8811149137374029013_n-s2yqa0v8t9pgkwmxbhi7backend

SOCAR-ın Təchizat İdarəsinin rəis müavininin – MİLYONLUQ SƏRVƏTİ

image-728x90px

Ötən sayılarımızın birində işıq üzü görən daha bir fakt bunu təsdiqləyir. Həmin yazıda SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin barəsində söhbət açılır. Məlumatda o da deyilir ki, rəis müavini “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN İNŞAAT” MMC, “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair ayrı-ayrı şəxslərin adlarına olan çoxsaylı şirkətlərin sahibi olan Fuad Həziyev bunlarla kifayəıtlənməyib. İddialara görə, o, yaxın adamlarının adına qeydiyyatdan keçirilən bu MMC-lər vasitəsiylə SOCAR-ın özündən çoxsaylı tenderləri rahatlıqla “udub”.

Təbii ki, həmin MMC-lər Fuad Həziyevin adına rəsmiləşməyib, qanun bunu qadağan edir.

Məmurların bu səlahiyyətlərdən sui-istifadə etməsinin qarşısını almaq üçün bütün dünyada bu cür məhdudiyyətlər nəzərdə tutulur. Azərbaycan qanunvericiliyində də belə müddəaların olması hakimiyyət səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin qarşısını almaq naminə edilib. Lakin təəssüf ki, praktikada bu norma Fuad Həziyev korrupsiyaner məmurların nəticəsində kobud şəkildə pozulur.Onun müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri,şirkətləri,MMC-ləri öz adına rəsmiləşdirməsə də qohumlarının,həyat yoldaşının adına sənədləşmə apararaq faktiki olaraq onlara himayədarlıq edir.

Həyat yoldaşı Aytən Telman qızı Əzizovanın adına olan Kürdmaşı şərab zavodunun gəlirlərindən ruhlanan Fuad Həziyev, alkoqollu içkilər istehsalını genişləndirməyi qərara alır və keçən ildən başlayaraq “Baku-Spirits” spirtli içkilər istehsal edən müəssisəni işə salır. ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО çeşidli araq məhsulları son vaxtlar marketlərin bölmələrində xüsusi yer tutur. Görəsən, Fuad Həziyev (Təsisçisi və direktor) SOCAR-dakı işi ilə daha çox məşğuldur, yoxsa alkoqollu içkilər istehsalı ilə? Görünür, elə buna görə F. Həziyevə “SOCAR-ın Mendeleyevi” ləqəbi təsadüfi verilməyib. İstənilən biznesin mayası olmalıdır. Görəsən, “Baku-Spirits”-in mayası hardandır? SOCAR-danmı?

Maraqlıdır SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin bu qədər sərvəti əmək haqqı ilə əldə edib yoxsa hansısa kirli yollardan əldə edib?

Bu halda korrupsiya əməli olduğuna görə korrupsiya qanunvericiliyi ilə araşdırma aparılıb cəza tətbiq olunmalıdır: “Mahiyyət etibarilə söhbət məmurun öz vəzifəsindən sui-istifadə edərək gəlir əldə etmək məqsədindən gedir.

Düşünürük ki, bu suallarımızın cavabı: Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırılması nəticəsində bəlli olacaq.

Çünki indiyədək korrupsiyada adı hallanan,milyonllarla sərvəvətə sahib olan bir məmurun əmək haqqı ilə bu sərvətlərə sahib olması çox gülüncdür.
Mövzuya qayıdacağıq.//Qanunla.Az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki