ABŞ-ın İranda davam edən etirazlar fonunda bu ölkəyə qarşı yaxın həftələrdə hərbi əməliyyat həyata keçirməyi planlaşdırdığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Iran International” nəşrinə açıqlamasında bildiriblər. Mənbələrin sözlərinə görə, ABŞ ötən həftə ərzində xeyli sayda hərbi texnikanı Yaxın Şərq regionuna göndərib və bu prosesin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, Vaşinqtonun mümkün hərbi addımları regionda artan gərginlik və İranda baş verən daxili etirazlarla birbaşa əlaqələndirilir.
Hazırda ABŞ və İranın rəsmi qurumları yayılan iddialarla bağlı rəsmi mövqe açıqlamayıb. Bununla belə, məlumat regionda və beynəlxalq arenada ciddi narahatlıq doğurub.
DOĞRU.AZ




























