Böyük Britaniyada su samuru otelə 100 min funt-sterlinq (126 min dollar) dəyərində ziyan vurub.
Nəşr yazır ki, Çesterdə (Çeşir əyalətinin paytaxtı) Grosvenor Pulford Hotel & Spa otelinin əməkdaşları heyvanın otelin iki gölməçəsindən Amur sazanının əhliləşdirilmiş forması olan 50-yə yaxın dekorativ koi oğurladığını biləndə şoka düşüblər. Hər balığın qiyməti 2000 funt-sterlinqdir (2500 dollar).
“Cinayət” müşahidə kameraları tərəfindən lentə alınıb. Qeydlər göstərir ki, su samuru balıqları yerli quşlardan qorumaq üçün nəzərdə tutulmuş elektrik çəpərləri aşır.
Otelin sahibi olan Nelson Hotels & Inns şirkətinin direktoru Endryu Nelson bildirib ki, rəhbərlik indi daha çox itkilərdən qaçmaq üçün yol axtarır.
“Rəngarəng sazan balığımız təkcə uzun illər mülkümüzdə xoşbəxt, qayğısız həyat sürən bağımızın göz oxşayan sakinləri deyil, həm də otelimizə əhəmiyyətli sərmayə qoyuluşudur” dedi.
Mənbə: Haberler.com