image-2000x150px
image-123
image-ads_atlas
image-3262618backend

Sükan arxasında “patı”dan istifadə edən avtobus sürücüsü həbs olundu

image-728x90px

“Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı aşkarlanan sərxoş və psixotrop maddələrdən (“patı”) istifadə edən sürücü barəsində qərar verilib”.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 142 nömrəli marşrut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlova 10 gün müddətinə inzibati həbs verilib:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 10 gün müddətinə inzibati həbs edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində keçirilən reydlər zamanı sərxoş və psixotrop maddələrdən (“patı”) istifadə edən sürücülər aşkarlanıb.

DOĞRU.AZ

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki