image-n1karobka_ads
image-123
image-hebs_-_qandalbackend

Tatarıstanda qızın vəhşicəsinə qətlində şübhəli bilinən şəxs saxlanılıb

image-ad_qayo_720x110px

Samarada qızın vəhşicəsinə qətlində şübhəli bilinən gənc saxlanılıb.

Bu barədə regional SU SK-nın mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, 21 yaşlı şübhəli şəxs Tatarıstan Respublikası ərazisində olub. Həbs edildikdən dərhal sonra gənc Samaraya aparılıb. Şübhəli şəxs tezliklə dindiriləcək.

2023-cü il iyulun 3-də Samara küçələrinin birində zorakılıqla ölüm əlamətləri olan 1989-cu il təvəllüdlü qadın meyiti tapılıb. Hadisə şahidlərinin sözlərinə görə, qara rəngli yolsuzluq avtomobili evlərdən birinin yaxınlığında dayanıb, bundan sonra sürücü yaralı qadını yolun hərəkət hissəsinə ataraq gözdən itib. O, böyük qan itkisindən dünyasını dəyişib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki