image-ads_n1karobka_mobile
image-bez-nazvaniyabackend

Təxliyə avtobusu tələbələrin bir qismini Türkiyədən Bakıya çatdırdı  VİDEO

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.

 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb. Onların əksəriyyəti tələbədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki