Amerika ordusu İrana qarşı əməliyyat zamanı daha böyük itkilərə məruz qala bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu gün səhər ABŞ Mərkəzi Komandanlığı üç amerikalı hərbçinin həlak olduğunu açıqladı. Yaralıların tam sağalması üçün dua edirik və qurbanların ailələrinə dərin sevgimizi və əbədi minnətdarlığımızı bildiririk. Təəssüf ki, itkilərin çox olması ehtimalı var”, – deyə o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ orduları 28 fevral səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən raket zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla, bir çox yüksək rütbəli məmur ölüb.
İran ordusu cavab tədbiri olaraq qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə hava hücumu təşkil edir.
DOĞRU.AZ


























