image-n1karobka_ads
image-123
image-img_20240206_170109_368backend

Türkiyədə məhkəmə binasına hücum – Ölən və yaralananlar var

İstanbulda Çağlayan Ədliyyəsinin qarşısında silahlı insident baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çağlayanda İstanbul Ədalət Sarayının qarşısındakı nəzarət-buraxılış məntəqəsinə silahlı basqın nəticəsində, 3 nəfər ölüb, 3-ü ağır olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə göndərilən təcili tibbi yardım qrupları tərəfindən xəsarət alan polis əməkdaşları və vətəndaşlar xəstəxanaya yerləşdirilib. Yaralanan polis əməkdaşlarının ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, hadisədən sonra qaçan hücumçulardan biri yaralı halda yaxalanıb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki