image-ads_n1karobka_mobile
Türkiyənin prezidenti Azərbaycanın xeyrinə olan müqaviləni təsdiqlədibackend

Türkiyənin prezidenti Azərbaycanın xeyrinə olan müqaviləni təsdiqlədi

Doğru.az xəbər verir ki, Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı olaraq yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəkləri ilə bağlı müqavilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək “Resmi Gazete”də yayımlanıb.

Hər iki ölkənin vətəndaşlarının qalma müddəti 90 gün müəyyən edilib.

Xatırladaq ki, 2020-ci ilin 10 dekabr tarixində Azərbaycan və Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı protokol imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki