image-n1karobka_ads
image-123
image-695c2218ae5ac90280280463backend

Venesuela BMT-də qalib gəldi

image-ad_qayo_720x110px

Venesuela Xarici İşlər Naziri İvan Gilin açıqlamasına görə, Karakas BMT Təhlükəsizlik Şurasının iclasında qalib olub.

Doğru.az xəbər verir ki, diplomat Telegram kanalında yazıb: “Venesuela aydın və qanuni bir qələbə qazandı: beynəlxalq ictimaiyyət 3 yanvar hücumunun beynəlxalq hüquqa zidd olduğunu qəbul etdi”.

Gilin vurğulayıb ki, Venesuela öz suverenliyini müdafiə etməyə davam edəcək. Həmçinin BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Venesuelada əməliyyat keçirərkən beynəlxalq hüquqa riayət etmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ əməliyyatından sonra Venesuelanın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə Moskvanın Vaşinqtonun Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pislədiyini qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki