image-2000x150px
image-123
image-ads_atlas
image-1672310891_2188214-930x450backend

Yardımlıda torpaq uçqunu olub: Ölən var

image-728x90px

Yardımlı rayonunun Gavran kəndində torpaq uçqunu baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub. Bir nəfərin uçqun altında qalması ilə bağlı məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqunun altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki