Xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədova barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
“Doğru.az“-a Bakı şəhəri Nizami rayon prokurorluğundan bildirilib ki, “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzində çalışan həkim-mama-ginekoloq tərəfindən icra olunan cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də vəfat etməsi faktı araşdırılıb.
Araşdırmalar, ekspertiza rəyləri və digər dəlillərə əsasən, Sevinc Məmmədovanın mayın 6-da icra etdiyi əməliyyat zamanı texniki qüsur törətməsi və qanaxmanı aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi xəstənin ölümünə səbəb olmaqda şübhələr yaradıb.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub. Barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırılma növündə qətimkan tədbirləri seçilib. İş baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
DOĞRU.AZ




























