Gündəlik həyatımızın tələbləri bəzən yuxusuz qalmağa səbəb olur. Lakin həkimlər bildirir ki, uzun müddət keyfiyyətli yuxu almamaq yalnız yorğunluq yaratmır, orqanizmin sağlamlığına ciddi ziyan vurur.
Doğru.az xəbər verir ki, mütəxəssislər yuxusuzluğun immun sistemini zəiflədə, qan təzyiqini yüksəldə, yaddaşı və diqqəti zəiflədə biləcəyini bildirirlər. Eyni zamanda, qanda şəkər səviyyəsinin artması, ürək-damar xəstəlikləri və psixoloji narahatlıqlar da bu problemin nəticəsi ola bilər.
Ekspertlər gündə ən az 7–8 saat keyfiyyətli yuxu almanın vacibliyini vurğulayır, gecə telefon istifadəsi, spirtli içki və stres kimi amillərdən uzaq durmağı tövsiyə edirlər.
Yuxusuzluq həmçinin iş məhsuldarlığını azaldır və diqqət, reaksiya qabiliyyətinə mənfi təsir göstərir. Buna görə sağlam həyat tərzi və yuxu rejiminə riayət etmək çox önəmlidir.
Şəhla Qardaşova
DOĞRU.AZ




























