image-2000x150px
image-zakir-hesenov-yenibackend

Zakir Həsənov Türkiyəyə getdi

image-728x90px

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və “Su-25” hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.

“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki