image-n1karobka_ads
image-123
image-6968b6b702e8bd45333bf17a-1backend

Bu ölkədə fövqəladə vəziyyət – ELAN EDİLDİ

image-ad_qayo_720x110px

Petropavlovsk-Kamçatski şəhərində damdan qarın aşması nəticəsində iki nəfərin həyatını itirməsindən sonra şəhər ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Doğru.az xəbər verir ki, bu barədə şəhər dairəsinin başçısı Yevgeni Belyayev “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi şəhər rayon administrasiyasına siklonun nəticələrinin aradan qaldırılması üçün əlavə resursların ayrılmasına imkan yaradacaq.

Qeyd edək ki, daha əvvəl xəbər verdiyi kimi, Petropavlovsk-Kamçatskidə güclü küləklər və qar səbəbindən yolların keçilməz olması nəticəsində təcili tibbi yardım əməkdaşları yataq xəstəsini xərəkdə 1 kilometrdən çox məsafəyə daşımalı olublar.

Məlumata görə, güclü siklon Kamçatka diyarında aviasiya əlaqələrinə də təsir göstərib.  Əlverişsiz hava şəraiti səbəbindən bir sıra uçuşlar təxirə salınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki