image-2000x150px
image-123
image-ads_atlas
image-country-1backend

178 Azərbaycan rəssamlarının əsərləri Avropa Şurasının platformasında sərgilənib – FOTOLAR

image-728x90px

Cari ilin 8-9 dekabr tarixində Strasburqda Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 10-cu plenar sessiyası keçirilmişdir.

Sessiya Azərbaycanın da ratifikasiya etdiyi Avropa Mədəniyyət Konvensiyanın vacib 3 istiqaməti üzrə aparılan işlərin, bu sahədə əldə olunan tərəqqi və irəli sürülən təşəbbüslərin dəyərləndirilməsi məqsədini daşıyırdı. Bu məqsədlə gündəliyə qurumun 2022-2025-ci illər üzrə Strategiyası, müvafiq konvensiyaların icrasına dair vəziyyət və büronun vakant yerlərinə seçkilərin keçirilməsi kimi müxtəlif məsələlər daxil idi.

9 dekabr tarixində, təşkilatın mədəniyyət sahəsində fəaliyyətlərinə həsr olunmuş paneldə Avropa Şurasının maliyyə dəstəyi ilə yaradılan “Free to Create, Create to be Free” rəqəmsal sərgi platformasının təqdimatı həyata keçirilib. Təqdimat çərçivəsində, sözügedən platformaya Azərbaycan Respublikası tərəfindən Konvensiyanın ruhuna uyğun təqdim edilmiş əsərlərə görə ölkəmizə təşəkkür ifadə olunmuş, müəlliflərin yüksək bədii-estetik formalı əsərləri təqdir edilmişdir.

Qeyd edək ki, sözügedən layihə Avropa İnsan Hüquqları Konvensiyasının 70 illik yubileyi münasibətilə Avropa Şurasının təşəbbüsü, CDCPP-nin dəstəyi ilə 2021-ci ildə yaradılmışdır. Şuraya üzv dövlətlər layihəyə iki sənət əsəri təqdim etməyə dəvət olunmuşdurlar. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müasir incəsənətimizin görkəmli nümayəndələrinin – əməkdar rəssamlar Faiq Əhmədin “DNT” və Rəşad Mehdiyevin “Baxış” əsərləri seçilərək öncədən platformaya təqdim edilmişdir.

Sərgi ilə daha ətraflı https://freetocreate.art/ rəqəmsal platformasında tanış olmaq olar.

Daha sonra tədbir öz işini, mədəniyyət sahəsində müxtəlif regional təşkilatların və ekspertlərin təqdimatları ilə davam etdirdi. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri v.i.e, “Free to Create, Create to be Free” layihəsinin koordinatoru Araz Bağırlı təmsil etmişdir.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki