image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20210416-105420_facebookbackend

DİN-dən toylarla bağlı vacib açıqlama – VİDEO

image-728x90px

Karantin qaydalarını pozaraq gizli şəkildə toy və yas mərasimləri keçirən şəxslərə xəbərdarlıq! Polis əməkdaşları bu məclislərdən anında xəbər tuturlar. Bəs polis qaydaları pozan belə şəxslər barədə məlumatı necə əldə edir?

“Doğru.az”-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, karantin qaydalarını pozaraq toy və yas mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur. Bununla yanaşı, ərazidə xidmət aparan polis əməkdaşları da çevik şəkildə qayda pozuntularının qarşısını alırlar.
Elşad Hacıyevin sözlərinə görə, xüsusilə də son vaxtlar gizli şəkildə keçirilən toy məclislərində iştirak edənlər arasında koronavirusa yoluxan şəxslər də aşkar edilir. Hətta bu şəxslərin digərlərini yoluxdurduqları da məlum olub.
Elşad Hacıyev onu da qeyd etdi ki, karantin qaydalarını pozan şəxslərə hansısa güzəşt olunmayacaq və həmin vətəndaşlar cəzalandırılacaqlar. Onun sözlərinə görə, burada məqsəd hansısa formada vətəndaşları cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil, onların pandemiya qaydalarına riayət etmələrini təmin etməkdir.
DOĞRU.AZ 
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki